Techno LPA 32-6-180

240.00

Vintli birləşmə ilə olan, EC mühərrikli və inteqrasiya olunmuş elektrik idarə sistemi ilə təchiz edilmiş yüksək effektivli nasoslar isitmə və hava soyutma sistemlərinin dövriyyəsi üçün nəzərdə tutulub. ErP testləri nəticəsində ən yüksək enerji səmərəliliyi indexi (EEI) almış motorlar sizin enerjiyə qənaət etmənizə yardımçı olacaq.

Üstünlüklər

Bir düymə ilə əməliyyatların dəyişdirilməsi işinizi sadələşdirməkdə sizə yardımçı olacaq

Quraşdırılma zamanı əlacə olaraq motoru qorumaq üçün heç bir qurğuya ehtiyac yoxdur

Yüksək dönmə gücünə malik olan motor ən çətin vəziyyətlərdə belə işləməyə davam edir

Yüksək keyfiyyətli materiallar və germetik qutu şəklində yığılmış korpus sayəsində, motor heç bir qulluq tələb etmir

Tez birləşdirmə elektrik başlığı sayəsində motorun quraşdırılması sadə və təhlükəsizdir

İzolyasiya olunmuş örtüklər sayəsində istiliyin itirilməsi minimal dərəcəyə endirilib

 

Motor həmçinin 6 idarə rejiminə və ümumilikdə 9 yarımidarəetmə rejiminə malikdir.

  • Mütənasib təzyiq
  • Sabit təzyiq nəzarəti
  • Yarı-sabit
  • Avtomatik
  • Gecə rejimi

Ekranda aktual enerji sərfiyyatı Watt ölçü vahidi ilə göstərilir.

Motor keramik ox, radial diyircəklər, karbon yüklənmə diyircəkləri, polad rotor qutusu və diyircək yatağı, yüksək keyfiyyətli kompozit pərlər sayəsində uzunömürlü istifadə müddətinə malikdir.

Nasos daxildə özünü soyutma sisteminə malikdir ki, bu da motorun qızmasının qarşısını alır.

Kompakt dizayn və inteqrasiya olunmuş idarə paneli sayəsində, motor quraşdırlma zamanı bir çox qəliz yerlərə rahat yerləşə bilir.

Motorun korpusu tökmə dəmirdən hazırlanıb

və paslanmasının qarşısını almaq üçün xüsusi qatqı ilə örtülüb.

Motor yüksək səmərəliliyi ilə xarakterizə olunan sinxron daimi-maqnit / kompakt-stator mühərrik ilə təchiz edilib

Motorun sürəti idarə panelinə inteqrasiya olunmuş frekans dəyişdiricisi vasitəsi ilə idarə olunur.

 

Parametrlər:

Model: LPA32-6 180

Güc: 5~45W

Maksimal sərfiyyat: 4m³/h

Maksimal təzyiq: 6m

Cərəyan: 0.05~0.38A

Gərginlik / Frekans: 230V /50HZ

Nasosun korpusu: Tökmə dəmir

Pompalanan maye: Su

İzolyasiya sinfi: H

Qorunma dərəcəsi: IP42

Maye temperatur aralığı: -30-110℃

Enerji (EEI): ≤0.20-Hissə2

Maksimal sistem təzyiqi: 1.0MPaa

SİFARİŞ ET

Bizə "WhatsApp" vasitəsilə yazıb istədiyiniz ünvana sifariş edə bilərsiniz.

Yazışmaya keç