Haqqımızda

Sparta kombiləri 2012-ci ildən, Azərbaycan bazarında özünəməxsus yer almışdır. Kombilərimizi Çinin ən böyük kombi fabriklərinin birində istehsal olunur. İstehsal zamanı bütün kombilər qablaşdırılmadan öncə yoxlanılır. İstehsalat fabriki beynəlxalq sertifikatlarla təmin olunmuşdur. Bununla da Sparta kombiləri tam təhlükəsiz işləmə qabiliyyətinə məxsusdur. İstehsal zamanı kombinin daxilində avropa standartlarına uyğun olaraq keyfiyyətli detallardan istifadə olunur. Buna misal kimi, dövriyyə mühərrikini gətirmək olar. Bu mühərrik Almaniyanın məşhur “Grundfos” şirkətinə məxsusdur. Bununla da Sparta kombilərinin dövriyyə mühərriki daha uzunömürlü və səssiz fəaliyyət göstərir. Həmçinin daxildə istifadə olunan borular isə latundan hazırlanmışdır. Bu da öz növbəsində daxili boruların uzun müddət ərzində sizə xidmət göstərməsinə zəmanətdir.  Sparta kombiləri həm tək həm də cüt istilik dəyişdiricisi (esenjor) ilə təhciz olunmşdur. Və öz növbəsində onlar da sizə daha uzun müddət xidmət göstərməsi üçün misdən hazırlanmışdır. Şirkətimiz tərəfindən bütün Sparta kombi modellərinə 2 il pulsuz zəmanət verilir.

Şirkətimiz sizə Sparta kombiləri ilə yanaşı keyfiyyətli və uzunömürlü Mondiale radiatorlarını da təqdim edir. Mondial radiatorları yüksək keyfiyət və zövqlə hazırlanaraq həm evinizin dizaynına uyğun olub, həm də dözümlü materialı ilə sizə uzun müddət xidmət göstərəcəkdir. Mondiale radiatoraları yüksək istilikötürmə və su təzyiqinə dözmə qabiliyyətinə malikdir. Bütün Mondiale radiatorlarına şirkətimiz tərəfdən pulsuz olaraq 10 il zəmanət verilir.