Categories: Dövriyyə Nasosları, Nasoslar
Techno LPA 32-6-180
240.00₼
Vintli birləşmə ilə olan, EC mühərrikli və inteqrasiya olunmuş elektrik idarə sistemi ilə təchiz edilmiş yüksək effektivli nasoslar isitmə və hava soyutma sistemlərinin dövriyyəsi üçün nəzərdə tutulub. ErP testləri nəticəsində ən yüksək enerji səmərəliliyi indexi (EEI) almış motorlar sizin enerjiyə qənaət etmənizə yardımçı olacaq.
Üstünlüklər
Bir düymə ilə əməliyyatların dəyişdirilməsi işinizi sadələşdirməkdə sizə yardımçı olacaq
Quraşdırılma zamanı əlacə olaraq motoru qorumaq üçün heç bir qurğuya ehtiyac yoxdur
Yüksək dönmə gücünə malik olan motor ən çətin vəziyyətlərdə belə işləməyə davam edir
Yüksək keyfiyyətli materiallar və germetik qutu şəklində yığılmış korpus sayəsində, motor heç bir qulluq tələb etmir
Tez birləşdirmə elektrik başlığı sayəsində motorun quraşdırılması sadə və təhlükəsizdir
İzolyasiya olunmuş örtüklər sayəsində istiliyin itirilməsi minimal dərəcəyə endirilib
Motor həmçinin 6 idarə rejiminə və ümumilikdə 9 yarımidarəetmə rejiminə malikdir.
- Mütənasib təzyiq
- Sabit təzyiq nəzarəti
- Yarı-sabit
- Avtomatik
- Gecə rejimi
Ekranda aktual enerji sərfiyyatı Watt ölçü vahidi ilə göstərilir.
Motor keramik ox, radial diyircəklər, karbon yüklənmə diyircəkləri, polad rotor qutusu və diyircək yatağı, yüksək keyfiyyətli kompozit pərlər sayəsində uzunömürlü istifadə müddətinə malikdir.
Nasos daxildə özünü soyutma sisteminə malikdir ki, bu da motorun qızmasının qarşısını alır.
Kompakt dizayn və inteqrasiya olunmuş idarə paneli sayəsində, motor quraşdırlma zamanı bir çox qəliz yerlərə rahat yerləşə bilir.
Motorun korpusu tökmə dəmirdən hazırlanıb
və paslanmasının qarşısını almaq üçün xüsusi qatqı ilə örtülüb.
Motor yüksək səmərəliliyi ilə xarakterizə olunan sinxron daimi-maqnit / kompakt-stator mühərrik ilə təchiz edilib
Motorun sürəti idarə panelinə inteqrasiya olunmuş frekans dəyişdiricisi vasitəsi ilə idarə olunur.
Parametrlər:
Model: LPA32-6 180
Güc: 5~45W
Maksimal sərfiyyat: 4m³/h
Maksimal təzyiq: 6m
Cərəyan: 0.05~0.38A
Gərginlik / Frekans: 230V /50HZ
Nasosun korpusu: Tökmə dəmir
Pompalanan maye: Su
İzolyasiya sinfi: H
Qorunma dərəcəsi: IP42
Maye temperatur aralığı: -30-110℃
Enerji (EEI): ≤0.20-Hissə2
Maksimal sistem təzyiqi: 1.0MPaa
OXŞAR MƏHSULLAR
Çox Baxılan Məhsullar
-
Techno GPD 25-6-180 Rated 0 out of 5100.00₼
-
Techno GPD 32-9-220 Rated 0 out of 5250.00₼
-
Techno LPA 25-6-180 Rated 0 out of 5180.00₼
Yeni Məhsullar
-
Sparta Prestige 32KW Smart Rated 0 out of 51,000.00₼
-
Sparta Elite 28KW Smart Rated 0 out of 5870.00₼
-
Sparta Comfort 24KW Smart Rated 0 out of 5770.00₼
Sparta kombiləri 2012-ci ildən, Azərbaycan bazarında özünəməxsus yer alıb. Kombilərimizi Çinin ən böyük kombi fabriklərinin birində istehsal olunur və istehsaldan sonra bütün kombilər qablaşdırılmadan öncə yoxlanılır. İstehsalat fabriki beynəlxalq sertifikatlarla təmin olunub.
Menu
All rights reserved. | Sparta Kombi © 2024
Website by gasimov.me